Güllər haqqında



Güllər 4000 il bundan Misir imperiyasında yetişdirilməyə başlayıb.

Konfusiyin dövründə zanbaq gülü çox sevilirdi, çünki bu çiçək həyat, sevgi və ölümsüzlük rəmzini daşıyır.

Bir vaxtlar Hollandiyada zanbaqlar yox idi. Bu güllər Hollandiyaya Türkiyədən hələ XVI-ci əsrdə gətirilib. Qeyd etmək lazımdır ki, bu gülün dəyəri qiymətli daşlardan, gümüş və qızıldan da baha idi. Sutka ərzində zanbaq 2 sm. böyüyə bilər.

Qladiolus (latıncada Gladius "qılınc"), öz adını roma yazıçısı böyük Pliniydən alıb (e.ə. I-ci əsr), yazıçını gülün roma qladiatorlarının silahı ilə olan oxşarlığı heyrətləndirib.

Qərənfil isə, qədim əfsanəyə əsasən Qolqofa dağında, Məryəm ananın öz Oğlunun əziyyətlərini gördüyü anda tökdüyü həmin o göz yaşlarının yerində bitib

Dünyanın ən yaşlı qızılgül kolu Almaniyadadır. Bu kol 1000 il ərzində Xildeskayme kilsəsinin divarı boyu yetişərək, kilsənin dam örtüyünə çatıb. ABŞ-da hələ 1986-cı ildə qızılgül milli gül adını alıb. Lalə isə - sakitlik, yuxu, bihuşluğun rəmzidir. Dünyanın bir çox ölkəsində bu gül Birinci Dünya Müharibəsində həyatını itirmiş insanların xatirə simvoludur.

Günəbaxan hər zaman üzünü günəşə çevirir, elə adını da buradan alıb. Yeni texnologiyaların yaranmasından əvvəl isə günəbaxanın gövdəsindən xilas etmə jiletlərində istifadə olunurdu.

Bilirsinizmi ki, ildə bir nərgiz gülü Şahzadə Çarlzın Siciliyadakı torpaqları üçün ödədiyi icarə puludur!

Zəfəran Azərbaycan mətbəxinin daimi qonağıdır, lakin çoxları bilmir ki, bu çiçəyin bir unsiyasını (28, 24 q.) toplamaq üçün beş min çiçək lazımdır.

Səhləb çiçəyindən göy qurşağının hər bir rəngində çələng düzəldə bilərsiniz, göy rəngindən başqa. Seleksionerlər hələ bu gülün göy rəngini yetişdirməyə müvəffəq olmayıblar.

Puya raimondii adlı qeyri-adi bitki And dağlarında yetişir və cəmi bir dəfə - 150 yaşı tamam olduqda çiçəkləyir və sonra ölür.



Leave A reply

Note: HTML is not translated!
    Bad           Good